İçeriğe geçmek için "Enter"a basın

Ankarada güclü partlayış – 28 nəfər şəhid olub – VİDEO

18-02-2016

teror
Türkiyənin paytaxtı Ankarada bu gün axşam saatlarında güclü partlayış baş verdi.

Hökumət sözçüsü Numan Kurtulmuş ölənlərin sayının 28 nəfərə yüksəldiyini bildirib.

Hüquq-mühafizə orqanlarının səlahiyyətli şəxsləri dəhşətli terror aktının arxasında PKK terror təşkilatının durduğuna dair versiya irəli sürürlər. Onların fikrincə, PKK bu teraktla Cizrədə və Surda uğradığı məğlubiyyətin qisasını almağa çalışıb.

Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu Ankaradakı terror aktı nəticəsində ölənlərin sayının artdığını açıqlayıb. Musavat.com-un məlumatına görə, nazir hadisə yerində 20-21, xəstəxanada isə 3 nəfərin dünyasını dəyişdiyini açıqlayıb. Beləliklə, terror aktı nəticəsndə ölənlərin sayı azı 24 nəfərə çatıb.

***

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Ankaradakı partlayışların nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, 61 yaralı var. Hadisə ilə bağlı rəsmi xəbərlərin yayımlanmasına hökumətin qoyduğu qadağa davam eidr.
Ankarada törədilmiş terror aktının baş verdiyi an videomüşahidə kameraları tərəfindən qeydə alınıb.
“Habertürk” xəbər verir ki, Ankaradakı partlayışlardan sonra Türkiyə hökuməti təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Ankarada güclü partlayış – 28 nəfər şəhid olub – VİDEO