İçeriğe geçmek için "Enter"a basın

Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var

15-09-2020

[r32]
xeber –

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Balçılı kənd ərazisində qeydə alınıb.

İki “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakinləri – 1990-cı il təvəllüdlü Mehman Cəfərov və 1998-ci il təvəllüdlü Babək Kərimov xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


mənbə :
Report.az

Yevlaxda yol qezasi bas verib, xesaret alanlar var