İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan və Ermənistan dövlətinin iştirakı ilə işçi qrupu yaradılacaq

11-01-2021


[r32]
Bəyanatın birinci bəndinə əsasən ölkələr arasında işçi qrupu yaradılacaq

Xəbər verdiyimiz kimi, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra bəyanat imzalanıb.

AzNews.az-ın məlumatına görə, bəyanatın birinci bəndinə əsasən ölkələr arasında işçi qrupu yaradılacaq.

Belə ki, 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın, Ermənistanın baş nazirləri müavinlərinin və Rusiya Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənib.

Azərbaycan və Ermənistan dövlətinin iştirakı ilə işçi qrupu yaradılacaq