İçeriğe geçmek için "Enter"a basın

Bakıda avtomobil 58 yaşlı qadını vurdu

17-05-2021

[r32]
xeber –

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində yolu keçən 1963-cü il təvəllüdlü Sədiyeva Mahirə Şirəli qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


mənbə :
Report.az

Bakida avtomobil 58 yasli qadini vurdu