İçeriğe geçmek için "Enter"a basın

Bakı-Tbilisi qatarında qəza və yanğın baş verib

09-07-2019

[r32]

Azadliq.az “oxu.az”a istinadən xəbər verir ki, Bakı – Tbilisi qatarı qəzaya uğrayıb.

“Oxu.az” xəbər verir ki, hadisə Bakı – Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

***

Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb.

Qatardakı sərnişinlərdən birinin APA-ya verdiyi məlumata görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qatarın hərəkətinin dayanması elektrik naqilində yaranmış nasazlıqla əlaqədar olub.

Sərnişinin bildirdiyinə görə, hazırda qatarın qapılar bağlıdı və hərəkətin nə zaman bərpa olunacağı barədə onlara məlumat verilməyib.

Stansiyadan APA-ya verilən məlumatda isə bildirilib ki, elektik naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb. Hazırda hadisə yerində təmir işlərinə başlanılıb.

Bakı-Tbilisi qatarında qəza və yanğın baş verib