Erməni güləşçilər Bakıda keçiriləcək Avropa Oyunlarından imtina etmək fikrinə düşüblər.
Azadliq.az xəbər verir ki,Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi xəbəri görə, bu barədə məlumat Ermənistan Güləş Federasiyasının saytında yerləşdirilib. Açıqlamanı Ermənistanın yunan-Roma güləşi üzrə yığmasının baş məşqçisi Levon Culfalakyan bildirib. Açıqlamada yarışda iştirakın mənasız olduğunu bildirib.
Qeyd edək ki, dəfələrlə beynəlxalq yarışlarda Azərbaycan yığması ilə qarşılaşan erməni güləşçiləri Bakıdan əliboş dönəcəklərini bilərək paytaxtımızda güləşməyin onlar üçün mənasız olduğunu dərk edirlər. Azərbaycan tərəfi isə bütün iştirakçı dövlət idmançılarının təhlükəsizliyinə tam təminat verərək təşkilatçılığın yüksək səviyyədə olacağını bildirib.
Azadliq.az
hec ermeni duwmen dovlete geler