İçeriğe geçmek için "Enter"a basın

Millimizin futbolçusu Türkiyə klubu ilə müqavilə bağladı

16-09-2020

[r32]
xeber –

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev Türkiyənin I Liqasında çıxış edən “Boluspor” klubuna keçib. 

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, Araz Abdullayev “Neftçi”nin yetirməsidir. Ardından o, İngiltərə “Everton”una transfer olunub. Abdullayev Yunanıstanın “Panionios”, “Qəbələ”, Kiprin “Anortosis”, “Qarabağ” komandalarında da forma geyinib.


mənbə :
Report.az

Millimizin futbolcusu Turkiye klubu ile muqavile bagladi