İçeriğe geçmek için "Enter"a basın

"Fənərbaxça" Mancukiç və Kosta ilə maraqlanması xəbərinə münasibət bildirib

16-09-2020

[r32]
xeber –

Türkiyənin “Fənərbaxça” klubu hücumçu Mario Mancukiçə maraq göstərməsi haqqında informasiyanı şərh edib.

“Report” xəbər verir ki, klub bu barədə yayılan məlumatı təkzib edib.

“Bizim klubumuzun mövqeyi əsassız transfer şayiələrini şərh etməməkdir. Amma KİV-in klubumuzla əlaqələndirdiyi bəzi adları deməyə məcburuq. Bizim Mancukiç və Dieqo Kosta ilə maraqlanmağımız xəbəri həqiqətə uyğun deyil”, – klubun bəyanatında deyilir.

Daha əvvəl Türkiyə jurnalisti Ekrem Konur bildirib ki, “Fənərbaxça” xorvat hücumçuya 3,5 milyon avroluq razılaşma təklif edib.

Mancukiç “Əl Duhayl”a azad agent kimi qoşularaq 2021-ci ilə qədər qüvvədə olan müqavilə imzalayıb. O, yeddi matçda bir qol vurub. Xorvat hücumçu “Bavariya”, Madrid “Atletiko”su və Turin “Yuventus”unda da çıxış edib. Mancukiç Xorvatiya yığmasının heyətində 89 matçda 33 dəfə fərqlənib.


mənbə :
Report.az

"Fenerbaxca" Mancukic ve Kosta ile maraqlanmasi xeberine munasibet bildirib