İçeriğe geçmek için "Enter"a basın

Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir

17-06-2015

Azad Rahimov (Sportminister Aserbaidschan) Gala-Dinner zur PrŠsentation der 1. Europaspiele BAKU 2015,  Bode-Museum am 13.10.2014 Foto: Botschaft der Republik Aserbaidschan
Bu sözlər Gənclər və İdman naziri Azad Rəhimova məxsusdur.
Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib.
Azadliq.az xəbər verir ki, nazir AzVision.az-a verdiyi açıqlamada bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir.

“Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazir bir tək onu bildirib ki, deyildiyi kimi Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib: “Qonararın məbləği o qədər olmayıb”,-deyə Azad Rəhimov bildirib.

Qeyd edək ki, “Eurosport” saytı Ledi Qaqanın Bakıdakı çıxışı üçün 2 milyon dollar pul aldığını iddia edib.

Xatırladaq ki, iyunun 12-də Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edib. O, xüsusi olaraq hazırlanan və güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib. İfanın sözləri Con Lennona məxsusdur
Azadliq.az

Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir