İçeriğe geçmek için "Enter"a basın

Dünyanın ən qəribə kəndi

15-11-2016

yatan
Qazaxıstanın Kalaçi kəndində yaşayan sakinlərin uğradığı xəstəlik elm adamlarını heyrətləndirir. Bu kəndin sakinləri 4 ildir ki, aşırı yuxu və cinsi istəkdən şikayətlidir. 2012-ci ildə başlanan və 160 insanın həyatına sirayət edən xəstəliyə “yuxu dəliyi” adı verilib.

Rusiya ilə Qazaxıstanın sərhədində yerləşən kənddəki insanlar aşırı yuxu və cinsi istəklərlə bərabər müəyyən vaxtlarda özlərindən də gedirlərmiş.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, kiçik kəndi dünyanın ən qəribə məkanlarından birinə çevirən xəstəliyin səbəbini öyrənmək mümkün olub.

Belə ki, həmin kəndin ərazisində yerləşən və artıq istifadə olunmayan uran mədəni insanların səhhətinə ciddi təsir edirmiş. Bir zamanlar bu ərazidən tikilən mədən artıq neçə ildir ki, insanlar üçün əsl kabusa dönüb.
Moskva və Prqada aparılan tədqiqatlar nəticəsində məlum olub ki, həmin uran mədənindən ayrılan rodon qazı çaylara, içməli sulara qarışıb. Bu sudan istifadə edən yerli əhali isə çox keçmədən acı təsiri hiss edib.
Çox keçmədən sakinlər başqa yerlərə təxliyə edilib.
Azadlıq.az

Dünyanın ən qəribə kəndi