İçeriğe geçmek için "Enter"a basın

Amerikanın yeni seçilmiş prezidentinin rol aldığı film

10-11-2016

donald
15 saniyəlik rolun ifaçısı iş adamı Donald Tramp idi
Bu gün Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri yekunlaşıb. Respublikaçılar partiyasının namizədi Donald Trump əsas rəqibi Hillary Klintona qalib gəlib.

Seçkilərdən öncə keçirilən müxtəlif sorğulara görə Hillary, Trampı qabaqlasada real nəticə çox fərqli olub. Beləliklə biznesmen olan Donald Trump ABŞ-ın 45-ci prezidenti seçilib. O prezident fəaliyyətinə yanvar ayından başlayacaq.

İş adamı olan Tramp əslində çox insanın baxdığı bir filmdə çox kiçik bir rolu oynayıb.

Bu film məşhur “Evdə Tək Başına” (“Home Alone 2”) filmidir. 1992-ci il istehsalı olan bu filmdə ABŞ-ın 45-ci prezidenti 15 saniyəlik bir rolu oynayır. Məşhur otellərdən birinə girən filmin qəhrəmanı Kevin, qarşısına çıxan ilk şəxsdən resepşnın yerini soruşur. Həmin şəxs isə Kevinə irəliyə və sola getməyi məsləhət görür. 15 saniyəlik bu rolun ifaçısı iş adamı Donald Tramp idi.

Həmin görüntüləri təqdim edirik:

https://youtu.be/n8DOL4zBM_0

Amerikanın yeni seçilmiş prezidentinin rol aldığı film