İçeriğe geçmek için "Enter"a basın

Bakıda aeroport yolunda ağır yol qəzası baş verdi (VİDEO)

04-03-2016


Sərnişin avtobusu və bir neçə maşın toqquşub, 21 nəfər xəsarət alıb

Hadisə şahidlərinin Meydan.tv-yə verdiyi məlumata görə, Prezidentin Mühafizə xidmətinə məxsus avtomobil avtobusu arxadan vuraraq yoldan çıxarıb. Və nəticədə bir neçə avtomobil, o cümlədən Mühafizə xidmətinə məxsus olan xidməti avtomobilə ciddi ziyan dəyib, 21 nəfər xəsarət alıb.

Məlumata görə, xəstəxanaya gətirilən 21 yaralıdan 13 nəfəri evə buraxılıb. Ancaq 8 nəfərin – Məmməd Abbasov, Faiq Cabbarov, Şərəf Həsənov, Sergey Məcidov, Məlikməmməd Şükürov, Həsrət Hüseynov, Samirə Əliyeva, Zərintac Sadıqova xəstəxana şəraitində müalicəsi davam etdirilir. Xəsarət alanlardan biri reanimasiyadadır, ancaq bununla belə, onun və digərlərinin vəziyyəti stabildir.
qeza

Bakıda aeroport yolunda ağır yol qəzası baş verdi (VİDEO)