İçeriğe geçmek için "Enter"a basın

Bakı Avrasiya Universiteti qalmaqalla gündəmə gəldi – FOTO

29-02-2016

para
“Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi”.

AzToday.az xəbər verir ki, bu sözləri Bakı Avrasiya Universitetinin müəllimi Əjdər Yunus Rza “Facebook”da yazıb.

İşdən azad olunan Əjdər Yunus Rzanın statusunu olduğu kimi təqdim edirik:

“Əziz tələbələr, mən bu gün ədalətsiz bir qərarla sizlərdən uzaqlaşdırıldım. Mən həmişə sizin haqqınız uğrunda mübarizə apardım. Uzun yazmayacağam. Bu tədris ilinin birinci yarısında Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim. Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam. Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram. Hardasa xətrinizə dəyən hərəkətim olubsa, yəqin ki, məni bağışlayarsınız. Hamınızı çox istəyirəm. Nə probleminiz varsa, yazın, hələlik”
ejder
Əjdər Yunus Rzanın yazdığı status ətrafında apardığımız kiçik araşdırmamız işdən azad olunan müəllimin Bakı Avrasiya Universiteti barədə yazdıqlarının qərəzli olmadığını ortaya qoydu. Universitet tələbələri arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, fevralın 17-dən dərsə getməli olan tələbələr Əjdər Yunus Rzanın qeyd etdiyi analoqu olmayan cədvəl oyunları səbəbindən düz-əməlli mühazirə və seminarlar keçmirlər.

Həmçinin Bakı Avrasiya Universitetinin tələbələri Əjdər Rza Yunusun dediklərinin düz olduğunu deməklə yanaşı, cari tədris ilində Bakı Avrasiya Universitetində normal dərs cədvəli hazırlanmadığını bildirdilər. Mediada adlarının çəkilməsini istəməyən tələbələr Nazim Hüseynlinin rektoru olduğu ali məktəbdə ağlasığmaz dərəcədə özbaşınalığın olduğunu qeyd etdilər. Cədvəl oyununun səbəbi kimi tələbələr universitetdə normal kadr olmaması ilə izah etdilər: “Keçən semestrdə bir ay normal dərs keçə bildik. Bu üzdən çox tələbə imtahanları verə bilmədi. İmkanı olan tələbələr pulla qiymətlərini yazdırdılar...”.
ejderr

Mənbə: AzToday.az

Bakı Avrasiya Universiteti qalmaqalla gündəmə gəldi – FOTO