İçeriğe geçmek için "Enter"a basın

Təhsil naziri vəzifəsindən azad edilib

16-07-2020


[r32]
Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilib.

Azadlıq.az “Qafqazinfo” ya istinadla xəbər verir ki, bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.

***
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.
Bu haqda Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.

Prezident İlham Əliyev Ceyhun Bayramovun Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, C. Bayramov 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Təhsil naziri vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, Ceyhun Bayramov  həm də Maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.

Təhsil naziri vəzifəsindən azad edilib