İçeriğe geçmek için "Enter"a basın

Millət vəkili Hadi Rəcəblinin qalmaqallı müsahibəsinə sərt reaksiya

12-03-2015

HadıMilli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin “Trend”ə müsahibəsində “Müəllimlərə dərsdən kənar fəhləlik təklifi” sosial şəbəkə istifadəçiləri arasında ciddi qalmaqala səbəb olub.

Deputatın işsizliklə bağlı məsələlərdə müəllimləri nümunə gətirməsini istifadəçilər birmənalı qarşılamayıblar.

Qeyd edək ki, millət vəkilinin müsahibəsində aşağıdakı hissə daha çox müzakirələrə səbəb olub.

“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa hesab edir ki, müəllimin yaxşı əməkhaqqı almamasını yaxşı maaş almaqla əvəz etmək lazımdır: “Bunun üçün də maaşlar bir neçə dəfə artırılmalıdır. Müəllimi ac yaşayan cəmiyyətin hansı xoşbəxtlikdən danışmağa haqqı var? Belə bir mənəvi haqqımız yoxdur axı. Müəllim onsuz da hambalçılıq edir. Dərsdən sonra savadı olan müəllimlər repetitor fəaliyyəti ilə məşğuldur. Bu özü də bir neçə saat vaxt aparır. Müəllim öz uşağı, ailəsi ilə məşğul ola bilmir. Fiziki imkanlarını əlavə pul qazanmağa sərf edir. Ya ölkədə elə bir islahat aparmaq lazımdır ki, məktəblər tələbə görə qurulsun, ya da daha çox yaxşı müəllimlərin seçimi məsələsi öz həllini tapmalıdır. Testdən keçmiş müəllimlər digərlərindən iki,üçqat artıq maaş alırlar. Bunu stimullaşdırmaq lazımdır ki, müəllim məktəbə bağlansın. Müəllim məktəbə candərdi gəlir. Ona görə də müəllimin bu qədər aşağılandığı cəmiyyətdə hər hansı inkişafdan, tərəqqidən danışmaq yersizdir. Bu məqamlara görə, təhsilimiz, intellektual inkişafımız da aşağı səviyyədədir”.

Millət vəkili Vahid Əhmədov bildirib ki, müəllimlərin, həkimlərin maaşları ilə bağlı məsələlərdə müəyyən problemlər var: “Onların maaşları müəyyən qədər artırılmalıdır. Azərbaycanda ortaəməkhaqqı ilə onların maaşları arasında fərq var. Hesab edirəm ki, müəllim və həkimlər yalnız öz ixtisasları ilə məşğul olmalıdırlar. Onlar bizim balalarımızı yetişdirən insanlardır. Ona görə də, başqa işlərdə işləməsini qəbul etmirəm. Həkimlər də sağlamlığımızı qoruyur. Düzdür, işdən sonra əsas iş yerindən əlavə, başqa iş yerində də çalışa bilərlər. Məsələn, həkimlər dövlət xəstəxanasından əlavə, özəl xəstəxanalarda da çalışırlar. Müəllimlər də, o cümlədən öz ixtisaslarına uyğun iş yerlərində çalışa bilərlər”
Amma bu fəhləlik mənasında düşünülməməlidir. İntellektual,düşünən beyinlər öz ixtisaslarında çalışsalar ölkə daha da inkişaf edər./qafqazinfo/.
Azadliq.az

11 Yorum

  1. eldeniz 12/03/2015

    haramzade

  2. Bəhlul İbrahimli 12/03/2015

    Bəzi deputatlar harınlıqdan(ifadəmə görə üzr istəyirəm) düşünmə qabliyyətini belə itiriblər. Deputat olan şəxs bilməlidir ki, hər bir vətəndaşın yaşamaq və işləmək hüququ vardır. Dövlət öz vətəndaşına iş verəndə. vətəndaşın aldığı əmək haqqı ailəsini dolandırmağa yetməlidir. Əks halda dövlət təzminat ödəməyə borcludur. əgər müəllimin dörd nəfərdən ibarət ailə üzvü varsa, onun əmək haqqı minimum 650 manat olmalıdır ki, dövlətin müəyyən etdiyi minimum səviyyədə dolana bilsin. Dərsdən sonra fəhlə işləyən müəllimin dediyi dərs nə səviyyədə olacaq.Mənim fikrimcə, deputatların maaşları müəllimlərin maaşlarından çox olmamalıdır.

  3. Kamil 13/03/2015

    Hadı Recebli kənddə bir müəllimin dərsdən
    sonra fehle işlemesini utanmadan misal çəkir.Olmaz ki,bir sade müəllimi fəhlə
    yox icra hakiliyyəti başçısı olmağa misal
    çəksin.Cəmiyyətin ən elita təbəqəsi müəl
    lim olmalı halda müəllimi nə üçün fəhləli
    yə layiq bilirsən. ***** sən get komunal
    istehsalat birliyinde zibil yığan işlə
    məndə sənə bir müəllim kimi söz verirəm ki,men gedib fəhlə işləyəcəm

  4. Kamil 13/03/2015

    Oturmusuz milli məclisdə gördüyünüz bir
    işdə yoxdur,ona görədə şou-biznes nümayən
    dələri kimi axmaq-axmaq danışıqlarla gün
    dəmdə qalmaq istəyirsiz.Müəllimlərin sizin
    düşük meslehetinize yox onların rifah
    halının yüksəldilməsinə xidmet eden əməli
    işlərə ehtiyacı var

  5. Kamil 13/03/2015

    Hadının pensiya yaşı çatıb artıq nə sayıq
    ladığını bilmir.Artıq onun deputat manda
    tını əlindən alıb,psixiatrik dispanserə yollamaq vaxtıdır

  6. Kenan 13/03/2015

    Hormetli,Hadı men müəlliməm tikintidə fəh
    lə yeri varsa məni işə düzəlt gedim dərs
    dən sonra gedim işləyim

  7. Anar 13/03/2015

    Seni Polad Alemdara tapşırıram.Hadı

  8. Kenan 14/03/2015

    Hormetli Hadı,sen yadından çıxarma ki, bu
    gün sen o kürsüdə oturmusansa bunu müəl-
    limlərə borclusan.Sen vaxtilə şagird və ya
    tələbə olan vaxt eşitsəydin ki,sənin müəl
    limin, dərsdən sonra fəhləlik edir o zaman
    nə hisslər keçirərdin?Mən müəllimimi o vəz
    iyyətdə görsəydim bəlkədə ürəyim dözməzdi

  9. Kenan 14/03/2015

    Onsuz da müəllimlərin vəziyyəti acınacaq
    lıdır.Məsələn Şəki şəhərində tez-tez yol
    ları,küçələri müəllimlərə təmizlətdirib
    süpürgələdirlər.Gör iş nə həddə gəlib çatıb ki,komunal təsərrüfat işçiləri də
    müəllimlərə göstəriš

  10. Kenan 14/03/2015

    Tikinti şirkətinə- malyar,bənna,fəhlə,xadimə
    tələb olunur.Yalnız ali təhsilli müəllimlər buyurub müraciət
    edə bilərlər.Bunun üçün Diplomunuzun suretini,herbi biletinizi
    təqdim etməlisiniz.ünvan :Milli Məclis Sosial siyasət komis
    siyası.Hadı m

  11. Elgün 15/03/2015

    Hadinin dediyi meseleden bele çıxırki, müllim günün birinci yarisini şagirde ders deyib ikinci yarisinda hemin şagirdin heyetinde fehle işlesin. Hemin müellimin şagirdi yaninda hörmetini siz tesevvür edin?

Yorumlar kapatıldı.

Millət vəkili Hadi Rəcəblinin qalmaqallı müsahibəsinə sərt reaksiya