İçeriğe geçmek için "Enter"a basın

WhatsApp səsli zəngə başladı

10-03-2015

wats 2014-cü ildə Facebook tərəfindən satın alınan “WhatsApp” yeni versiyasını yayımlayıb. Yeni versiya ilə mobil mesajlaşma proqramına zəng xüsusiyyəti də əlavə edilib. Azadliq.az “marja.az”-a istinadən verdiyi xəbərə görə ilk fazada “Android” sistemi ilə çalışan ağıllı cihazlarda istifadə olunan yeni xüsusiyyət, istifadəçilərə “Skype” və “Viber” kimi səsli danışıq xidməti təqdim edir.

SƏSLİ ZƏNG FUNKSİYASI NECƏ AKTİV EDİLİR?

“WhatsApp”ın yeni xüsusiyyətini ağıllı telefonlarında istifadə etmək istəyən istifadəçilərin etməsi lazım olan prosedur olduqca sadədir. Mobil cihazları ilə “WhatsApp”ın rəsmi internet səhifəsinə girən istifadəçilər burada download (endir) düyməsinə basaraq yeni versiyanı cihazlarına yükləyirlər. Yeni xüsusiyyətin “iOS” və “Blackberry” kimi platformalara nə zaman gələcəyi haqda isə hələlik rəsmi bir açıqlama verilməyib. İnternet üzərindən ödənişsiz olaraq həyata keçiriləcək olan səsli zəng xidmətinin çox yaxında bütün dünyaya təqdim edilməsi gözlənilir.

Azadliq.az

Bir yorum

  1. emin 10/03/2015

    wapchat izleyicisiyem cox isterdim ki zengli sesle danisiq aparim dostlarla.evvelceden tesekkurler

Yorumlar kapatıldı.

WhatsApp səsli zəngə başladı