İçeriğe geçmek için "Enter"a basın

Boris Nemtsovun qatili özünü partlatdı

09-03-2015

nemtsov
Azadliq.az Vesti.ru-ya istinadən bildirir ki, Qroznı şəhərinin sakini polislərə müqavimət göstərərkən onlara tərəf atdığı qumbaranın partlaması nəticəsində ölüb.

“Hadisə şənbə günü axşam baş verib. Qroznı sakini, Boris Nemtsovun qətlində şübhəli bilinən şəxs Lev Yaşin küçəsindəki hündürmərtəbəli binanın mənzillərindən birində bloka alınmışdı. Polisin təslim olmaq tələbinə qarşı o, qumbara atıb və nəticədə özü partlayıb. Qəlpə yarası alıb və elə hadisə yerində keçinib”, – İnterfax agentliyinin hüquq-mühafizə orqanlarındakı müsahibi deyib.

Müsahibin sözlərinə görə, polislərdən və yerli sakinlərdən kimsə xəsarət almayıb.
Ölənin şəxsiyyəti müəyyənləşdirilib. O, Qroznı sakini imiş və polislərin mühasirəyə aldıqları mənzildə yaşayırmış.

Əvvəl cinayətin törədilməsində 2 nəfər şübhəlinin – Anzor Qubaşev və Zaur Dudayevin tutulduğu barədə məlumat verilmişdi. Dünən axşam isə İnquşetiyanın Təhlükəsizlik Şurasının katibi Albert Baraxayev bildirib ki, Boris Nemtsovun qətli ilə bağlı daha iki nəfər tutulub:

“Çeçenistan Respublikası DİN-in “Şimal” batalyonunun alay komandiri Zaur Dudayev və həmin an onunla maşında olan daha bir kişi saxlanılıb. Bundan başqa, Moskvada özəl mühafizə müəssisəsində çalışan Anzor Qubaşev və onun kiçik qardaşı da tutulublar”.
Azadliq.az

Boris Nemtsovun qatili özünü partlatdı