İçeriğe geçmek için "Enter"a basın

Möcüzə nin rejissoru Mahsun Kırmızıgül

19-02-2015

möcüze

 
Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülün 4-cü filmi olan Möcüzə Türkiyə, Avropa və Azərbaycanda eyni zamanda göstərimə girdi.
Azərbaycanda da bir necə gün öncə premyarı baş tutan və ən çox izlənilən filmlərdən olan “Möcüzə”nin rejissoru Mahsun Kırmızıgül hədəflərini böyüdüb. Müğənni rejissor bundan sonra özünü beynalxalq arenada sınamaq istəyir.

Onun sözlərinə görə, film çəkmək mahnı oxumaqdan daha çətindir. “Müğənnilərdən soruşsalar deyəcəklər ki, ən çətin iş bizimdir. Studiyaya girib mahnını oxuyub çıxırlar. Sonra konsertlər və böyük pullar. Amma elə deyil. Bir film illərinizi ala bilər. Ssenari yaz, məkan tap, aktyor-aktrisa seç, çəkilişi başla, montaj et, səsi yaz və sairə…”.

Müğənni bundan sonra səhnəyə ancaq xalq konsertləri vermək üçün çıxacağını deyib. Onun hədəfi isə 60 yaşına kimi daha 10 kino çəkməkdir.

“Bəli, artıq musiqini atmışam. Bu qərarımda bu sahədəki ikiüzlü insanlarında təsiri var. Uzun müddət içərilərində olmuşam. Onların hamısı saxta insanlardır. Üzünə gülüb, arxadan iş görürlər”.

M.Kırmızıgül məşhur bir insan kimi yaşamadığını deyir. Hər gün işə metro ilə gəlib-gedir və insanların baxışlarından narahat olmur.

“İndi az qazansamda xoşbəxtəm. Pul istəmirəm. Mənim dünyam kinodur. Səhnədə davam etsəydim bu günə kimi 100 milyon dolar qazanardım. Amma indi ayda 10 min lira (4 min dollar) ilə keçinirəm. Qazandığım pulu da paylaşıram”.

Onun sözlərinə görə, yeganə zövqü dostları ilə görüşüb yemək yeməkdir. Onda da heç bir xərcdən qaçmadığını etiraf edir
Azadliq.az

Möcüzə nin rejissoru Mahsun Kırmızıgül