İçeriğe geçmek için "Enter"a basın

Şimali Osetiyada 13 nefer “donuz qripine” yoluxdu, 1 nefer öldü

16-02-2015


16.02.2015 / 20:58 xeber –

Şimali Osetiyada 13 nəfər “donuz qripi”nə (А/H1N1/) yoluxma halı qeydə alınıb, xəstəlikdən 1 nəfər ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Respublikanın səhiyyə nazirinin müavini Tatyana Tsidayeva bildirib.

 

“Bu günə olan məlumata görə, “donuz qrip” virusundan 1 nəfər dünyasını dəyişib”, deyə nazir müavini bildirib.

 

Sankt-Peterburqda fəaliyyət göstərən qrip üzrə Elmi Tədqiqat İnstitutunun  mütəxəssislərinin rəyinə görə, Rusiyada А/H1N1/ virusuna yoluxma hallarına tək-tək hallarda təsadüf edilir. “Epidemiya barədə söhbət gedə bilməz” – deyə İnstitutdan bildiriblər.

Mənbə : Lent.az

Şimali Osetiyada 13 nefer “donuz qripine” yoluxdu, 1 nefer öldü