İçeriğe geçmek için "Enter"a basın

Aİ XİN başçıları Qırmızı dənizdə “Aspides” dəniz missiyasını təsdiqləyib

19-02-2024

[r32] 2024-02-19 18:52:06- Xeber –
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə Aİ-nin “Aspides” (“Qalxanlar”) adlı yeni dəniz missiyasını başlatmaq barədə razılığa gəliblər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə iclası Brüsseldə keçirilən Aİ Şurasının bəyanatında deyilir.
“Bu gün Şura “Aspides” missiyasını işə saldı. Dənizdə təhlükəsizliyin təmin edilmsi üzrə bu müdafiə əməliyyatının məqsədi Qırmızı dənizdə və Fars körfəzində gəmiçilik fəaliyyətinin bərpa edilməsi və qorunmasıdır.
“Aspides” əməliyyatı husilərin 2023-cü ilin oktyabr ayından bəri beynəlxalq kommersiya gəmilərinə qarşı olan çoxsaylı hücumlarının baş verdiyi bölgədə Aİ-nin dəniz varlığını təmin edəcək”, – Aİ Şurasının kommünikesində deyilir.
Sənəddə vurğulanır ki, “Aspides” həmfikir beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək, xüsusilə ticarət və kommersiya gəmiləri üçün dəniz təhlükəsizliyinin və naviqasiya azadlığının qorunmasına töhfə verəcək.
“Müdafiə mandatının bir hissəsi olaraq, əməliyyat dəniz vəziyyətinə dair məlumatlılığı təmin edəcək, gəmiləri müşayiət edəcək və onları dənizdə mümkün çoxtərəfli hücumlardan qoruyacaq”, – sənəddə bildirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

[r34]

Mənbə

Aİ XİN bascilari Qirmizi denizde “Aspides” deniz missiyasini tesdiqleyib