İçeriğe geçmek için "Enter"a basın

Ermenistanın “Eurovision”a teqdim edeceyi mahnıda “ermeni soyqırımı”ı meselesi araşdırılacaq

16-02-2015


16.02.2015 / 19:31 xeber –

“Eurovision” Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi Ermənistanın bu il təqdim edəcəyi “Don’t Deny” (“İnkar etmə”) mahnısında “erməni soyqırımı”nın tanınması üçün çağırışların olub-olmadığını araşdıracaq.

 

Bunu APA-nın sorğusuna cavab olaraq “Eurovision” Mahnı Müsabiqəsinin təşkilati işlər rəhbəri Sietse Bakker deyib.

 

S. Bakker “Don’t Deny” mahnısının “erməni soyqırımı” iddialarına həsr olunması barədə məlumatı şərh edərkən bildirib ki, Ermənistanın İctimai Televiziyası (AMPTV) həqiqətən sözügedən mahnını müsabiqəyə çıxaracağını elan edib: “Lakin bildiyimə görə, onlar bu mahnının soyqırımı məsələsi ilə əlaqəli olduğunu bəyan etməyiblər. Bu fikir mətbuat tərəfindən irəli sürülüb. Biz mahnını dinləyəcəyik və  qaydalarla uyğun olub-olmadığını yoxlayacağıq. Çünki müsabiqədə heç bir siyasi bəyanatlar və jestlərə icazə yoxdur”.

Mənbə : Lent.az

Ermenistanın “Eurovision”a teqdim edeceyi mahnıda “ermeni soyqırımı”ı meselesi araşdırılacaq