İçeriğe geçmek için "Enter"a basın

Arvadını öldüren şexs: “Başqası ile gördüm …”

16-02-2015


16.02.2015 / 16:54 xeber –

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aydın Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. A. Məmmədov özünü qismən təqsirli bilib. O, ifadəsində hadisəni qısqanclıq zəmnində törətdiyini qeyd edib:” Yoldaşımı başqası ilə gördüm, dözə bilmədim, öldürdüm”.

Məhkəmə prosesi fevralın 23-də davam etdirilicək.

Qeyd edək ki, qətl keçən il Xəzər Rayonu Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi ev 8, mənzil 41 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 36 yaşlı Elnarə Məmmədova bıçaqla qətlə yetirilib. Polis və prokurorluq hadisəni araşdırdıqdan sonra məlum olub ki, E.Məmmədovanı qətlə yetirən şəxs onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Aydın Məmmədov olub.

İlkin araşdırmaya görə, hadisə qısqanclıq zəminində törədilib.

Mənbə : Lent.az

Arvadını öldüren şexs: “Başqası ile gördüm …”