“Qəbələ”nin futbolçusu Cavid Hüseynovu Facebook sosial şəbəkəsində təhqir etdiyinə görə döyülən və bu gün səhərə yaxın xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbslər başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, prosesdə əsas iştirakçı kimi adı keçən futbolçunun bibisioğlu artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Digər şəxslərin isə yeri müəyyənləşdirilib və yaxın saatlarda onların da saxlanılması istiqamətində tədbirlər görüləcək.
Bu barədə ictimaiyyətə geniş açıqlama veriləcək.
soldakı : mərhum Rasim Əliyev-in döyülüb xəstəxanaya düşən vaxtı çəkilən şəkli.
sağdakı : Qəbələ futbol klubunun sabiq kapitanı Cavid Hüseynov
***
Musavat.com-un əldə etdiyi məlumata görə, “Qəbələ”nin sabiq kapitanının həbs edilən bibisioğlunun ad-soyadı Elşən İsmayılovdur. O da peşəkar idmançıdır, bəzi komandaların əvəzedici heyətində oynayıb.