İçeriğe geçmek için "Enter"a basın

Türkiyədə terror aktı törədilib – 31 ölü – Video

20-07-2015

turkiyeterrorTürkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.

Azadlıq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Türkiyə mətbuatına istinadən xəbərə görə, terror aktını 18 yaşlı qızın törətdiyi ehtimal olunur. İlkin məlumata görə, İŞİD üzvü olan 18 yaşlı terrorçu-kamikadze qəsəbədəki Amara Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransının iştirakçısı kimi içəri daxil olub və orada partlayış törədib. Onun meyitinin də hadisə yerində olduğu bildirilir.

Hadisəni IŞİD-in törətdiyindən şübhələnilir.

Partlamanın olduğu an :

Türkiyədə terror aktı törədilib – 31 ölü – Video