Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Azadlıq.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Türkiyə mətbuatına istinadən xəbərə görə, terror aktını 18 yaşlı qızın törətdiyi ehtimal olunur. İlkin məlumata görə, İŞİD üzvü olan 18 yaşlı terrorçu-kamikadze qəsəbədəki Amara Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransının iştirakçısı kimi içəri daxil olub və orada partlayış törədib. Onun meyitinin də hadisə yerində olduğu bildirilir.
Hadisəni IŞİD-in törətdiyindən şübhələnilir.
Partlamanın olduğu an :