[r32]
Təkrar baş verən elektrik kəsintisi ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşıma və yollarda nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlayıb.
Azadliq.az Apa-ya istinadən xəbər verir ki, ilkin olaraq bütün marşrut xətləri üzrə sərnişinlərin ödənişsiz daşınmasına göstəriş verilib.
“Yollarda hərəkətin təhlükəsizliyi üçün bütünü sürücülərdən ehtiyatlı olmalarını və yol kəsişmələrində bir-birlərinə qarşı anlayışlı olmaları tövsiyə edilir”, – deyə məlumatda vurğulanıb.