İçeriğe geçmek için "Enter"a basın

Yenə qəza və yenə işıqlar söndü – Metrolarda çətin anlar – Video – Yenilənir

03-07-2018

Azərbaycanda enerji verilişi yenə dayanıb.
[r32]

Azadliq.az xəbər verir ki, dünən gecə Mingəçevir İES-də baş verən partlayışın fəsadları aradan qaldırılmayıb.

Hadisə yerində olan müxbirimiz məlumat verib ki, hazırda paytaxt Bakıda metroların fəaliyyəti dayandığı üçün minlərlə sərnişin qatarda qalıb.

Metrostansiyaların girişi də bağlanıb.

***

Sərnişinlər stansiyalardan çıxarılıb. Hazırda metro yaxınlıqlarında sıxlıq yaşanır.

***

İşıqların söndüyü anda Nərimanov rayonu ərazisində yanğın başlayıb. Hazırda ərazini qatı duman bürüyüb.

***

İşıqforların da fəaliyyəti dayandığı üçün yollarda sıxlıq yaşanır. Polis əməkdaşları hərəkəti tənzimləməyə çalışır.

***

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qatarların hərəkəti elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlə bağlı dayanıb:

“Hazırda sərnişinlərin təxliyəsi prosesi davam edir”., – deyə qurum rəsmisi söyləyib

Yenə qəza və yenə işıqlar söndü – Metrolarda çətin anlar – Video – Yenilənir