İçeriğe geçmek için "Enter"a basın

Özcan Dəniz orucluğu sərt tənqid etdi

19-06-2015

özcan
Türkiyəli məşhur müğənni Özcan Dəniz müsəlmanlara xoş olmayan sözlər işlədib.

Anspress xəbər verir ki, Azərbaycanda da geniş pərəstişkar kütləsi olan sevilən müğənni Özcan Dəniz “Instagram” hesabında Ramazan ayı ilə bağlı qalmaqala səbəb olan post yazıb. Səhifəsində pidə(təndir çörəyi) şəkli paylaşan müğənninin bu sözləri isə bəzi istifadəçilərin xoşuna gəlməyib: “Yenə böyük süfrələr açılacaq, yenə obaşdan və iftarda 5 vaxtlıq yeməklər yeyiləcək. Hotellərdə, restoranlarda artıq qalanlar isə zibilliyə atılacaq. Yenə aclıqdan əsəbləri pozulanlar oruc tutmayanlara hücum çəkəcək, yenə TV-lərdə böyük miqdarda pul qarşılığında din xadimləri yanğılı musiqilərin müşayiəti ilə əsassız çıxışlar edərək beyinləri qarışdıracaq. Yenə məşhurlarla iftar şənlikləri hazırlanıb TV şouları təqdim ediləcək və ən əsası yenə “oruc tutmağın” bütün səbəbləri unudularaq gün boyu ac qalıb azan verildikdə yeməyə hücum etmək başa düşüləcək”.

Məşhur müğənninin sosial şəbəkədə yazdığı bu post internet istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və bəzi şəxslərin tənqidlərinə məruz qalıb.
Azadliq.az

Özcan Dəniz orucluğu sərt tənqid etdi