[r32]
Avqustun 19-da Rusiyanın Surqut şəhərində 7 nəfərin yaralanması ilə başa çatmış terror aktını 19 yaşlı Artur Hacıyev törədib. Artur Hacıyev əslən Dağıstandandır. Onun atası – Lamətullah Hacıyev radikal dini cərəyanların təmsilçisi kimi polisin qeydiyyatındadır.
Xatırladaq ki, polis terror aktını törətmiş şəxsi hadisə yerində güllələyərək məhv edib. İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Virtualaz.org-a xəbər verir ki, sosial şəbəkələrdə İŞİD terrorçusu Artur Hacıyevin Surqutda polis əməkdaşları tərəfindən öldürüldüyü anın videosu yayımlanıb. Həmin görüntüləri diqqətinizə çatdırırıq.