İçeriğe geçmek için "Enter"a basın

İsraildən Ərdoğanın sözlərinə hədə-qorxulu cavab

26-07-2017

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən partiyasının qrup toplantısında İsraili tənqid etməsinə Tel-Əviv hökümətindən sərt cavab gəldi.

Azadliq.az-ın verdiyi xəbərə görə, Ərdoğan bugün çıxışı zamanı İsrailin Məscid-i Aksaya qadağa qoymasının arxasında  məscidin müsəlmanlardan alınma cəhdinin durduğunu demişdi.

Bundan sonra, açıqlama verən İsrail Xarici İşlər Nazirliyi sözçüsü Emmanuel Nahshon “Twitter” vasitəsiylə Türkiyə prezidentinin sözlərini “əsassız” adlandırıb. İsrail XİN sözçüsü yeni bir iddia da irəli sürüb. O İsrailin paytaxtının Tel-Əviv olmasına baxmayaraq daha çox müsəlmanın yaşadığı Qüds şəhərini “paytaxt” adlandırıb.

“Ərdoğan öz ölkəsində baş verən hadisələrlə maraqlansa yaxşı olar.”
“Şüşə saraylarda yaşayanlar daşlara diqqət etməlidirlər.”

“Osmanlı imperiyasının günləri çoxdan başa çatıb.”

“Yəhudi xalqının paytaxtı Qüdsdür, Qüds olaraq da qalacaq.” deyə İsrail XİN-in sözçüsü qeyd edib.

Xatırladaq ki, İsrailin müsəlmanlara məxsus Məscidi Aksaya qadağa qoyması nəticəsində fələstinlilər aksiyalar keçirir.İsrail ordusu və polisinin güc tətbiqi nəticəsində ölənlər və yaralananlar var.

Azadliq.az

İsraildən Ərdoğanın sözlərinə hədə-qorxulu cavab