İçeriğe geçmek için "Enter"a basın

Türkiyənin İzmir şəhərində terror – VİDEO- YENİLƏNİR

05-01-2017


[r32]
Moderator.az Türk mediasına istinadən xəbər verir ki, İzmirdə ədliyyə binasının qarşısında törədilmiş partlayışda bir polis ölüb, aralarında polislərin də olduğu 11 nəfər isə yaralanıb.

***

Moderator.az xəbər verir ki, ilkin məlumatlara görə, İzmirdə ədliyyə binasının qarşısındakı partlayışda 7 nəfər yaralanıb. Partlayışdan sonra baş verən qarşıdurmada 2 terrorçu ölü olaraq ələ keçirilib, bir terrorçunun zəzərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir. Ədliyyə əməkdaşları təhlükəsizlik tədbirləri səbəbi ilə bayıra buraxılmır.

Ege Universiteti Tibb Fakültəsi xəstəxanasına 6 yaralının gətirildiyi bildirilib.

***
Moderator.az Türk mediasına istinadən xəbər verir ki, Türkiyənin İzmir şəhərində partlayış törədilib.

Hadisə İzmir məhkəməsinin qarşısındakı polis məntəqəsinin yaxınlığında baş verib. Partlayışın bomba yüklü avtomobillə törədildiyi ehtimal olunur.

İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər yaralanıb. Partlayışdan sonra ərazidə atışma baş verib. Hazırda hücumu gerçəkləşdirən terrorçulardan biri öldürülüb, digərinin zərərsizləşdirilməsi üçün atışma gedir. Hadisə yerinə xeyli təcili tibbi yardım briqadaları göndərilib.





Azadlıq.az

Türkiyənin İzmir şəhərində terror – VİDEO- YENİLƏNİR