İçeriğe geçmek için "Enter"a basın

“Rüşvətin yolunu kəsən rektoru rüşvətxorluqda iddiham edirlər”

05-01-2017


[r32]
Moderator.az xəbər verir ki, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun Azərbaycan Dövlət İqtisad Universiteti haqqında bəzi mətbu orqanlarda gedən ittiham dolu materiala etiraz yazısına ictimaiyyətdən ciddi dəstək gəlib. Millət vəkilləri və tanınmış ziyalılar, müxtəlif peşə sahibləri universitetin rektoru Ədalət Muradovun son iki ildə gördüyü işlərdən ağızdolusu danışıblar.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov da UNEC haqqında yüksək fikirdə olduğunu aşağıdakı sözlərlə ifadə edib:

“Əvvala qeyd edim ki, professor Qubad İbadoğlunun məktubunun altından mən də qol çəkirəm və yazılanlarla tam razıyam. Ancaq qeyd edim ki, müsbət yeniliklər daha çoxdur. “UNEC İctimai Nəzarət Şurası” nın üzvü kimi (Şuraya təhsil ekspertləri, elm xadimləri, nüfuzlu KİV nümayəndələri daxildir) 2016 -cı il yay imtahan sessiyasını izlədik, tələbələrlə və onların bir çoxunun valideyinləri ilə söhbət etdik. Narazlığa rast gəlmədik, mənfi söz eşitmədik. Daxil olan müraciətlər və təkliflər mütəxəssislər tərəfindən şəffaf araşdırıldığının, operativ və qısa zaman ərzində tədbirlərin görülməsinin şahidi olduq. Bir də şahidi olduq ki, “Narxoz” UNEC-ə çevrilir. Həm formaca, həm də məzmunca.
Məncə bunları təbii saymaq olar. Çünki, cəmiyyətimizdə üç növ düşüncə mövcuddur: a) sovet (narxoz) düşüncəsi, b) yeni (UNEC) liberal düşüncə və bu düşüncələrin cəmi. Bu səbəbdən də təhsil sahəsində baş verən istənilən yenilik birmənalı qarşılanmır. Təhsildə tətbiq olunan müasir yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlir, kim isə biganə qalır. Çünki burda da yeniliklə köhnəliyin amansız mübarizəsi gedir. “Amansız” sözünü işlətdim ona görə ki, rüşvətin yolunu kəsən rektoru, rüşvətxorluqda iddiham edənlər də var. Hara gedir bu Dünya?”
Azadlıq.az

“Rüşvətin yolunu kəsən rektoru rüşvətxorluqda iddiham edirlər”