İçeriğe geçmek için "Enter"a basın

Rusiyada 74 nəfərin ölümündə təqsirli bilinən 2 azərbaycanlı da saxlanılıb

23-12-2016


[r32]
Rusiyada surroqat içki zəhərlənməsinə görə saxlanılanlar arasında azərbaycanlılar da var.

Azadlıq.az  rus KİV-nə istinadən xəbər verir ki, 74 nəfərin ölümünə səbəb olan spirt tərkibli “Boyarışnik” məhsuluna görə 13 nəfər saxlanılıb. Ən maraqlısı isə saxlanılanlar arasında istehsalçıların deyil, ancaq satış köşklərinin sahibləri, satıcılar və sürücülərin olmasıdır.

O da qeyd edilir ki, saxlanılanlar ev həbsi şərti ilə azadlığa buraxılıblar.

Şübhəlilər Telman Ağamalıyev və Hicran Cavadova isə özlərini təqsirli bilmədiklərini deyiblər. Məhkəmədə yalnız Denis Pleçkin və Robert Petrov ittihamları qəbul ediblər.
Azadlıq.az

Rusiyada 74 nəfərin ölümündə təqsirli bilinən 2 azərbaycanlı da saxlanılıb