İçeriğe geçmek için "Enter"a basın

“Ermənistan Rusiyanın müttəfiqi yox, əsiridir” -Erməni ekspert

11-12-2016


[r32]
Bu gün Avrasiya İttifaqında heç nə yoxdur….

Bu sözləri jurnalistlərə açıqlamasında erməni politoloq Ruben Meqrabyan söyləyib. İrəvanın Avrasiya İttifaqına üzvlüyünü şərh edən ekspert İrəvanın öz xalqını aldatdığını bildirib:

“Bu, bir gündən də az müddətdə baş verdi. Avrasiya İttifaqına üzvlüyümüzlə bağlı hətta yüksək vəzifəli məmurlar da xəbərdar deyildi. Spiker Qalust Saakyan o zaman Sərkisyanın açıqlamasına iki saat qalmış canlı yayımda Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqaviləni imzalamağa hazır olduğunu deyirdi. Lakin biz Avrasiya İttifaqına üzv olduq. Bu gün Avrasiya İttifaqında heç nə yoxdur. Bu təşkilatda nə iqtisadiyyat, nə Avropa, nə Asiya görə bilərsiniz. Siyasət biznes silahı ilə həyata keçirilir. Deyirlər ki, Rusiyadan idxal artıb. Bizim supermarketlərə girin, onların hamısı rus zibili ilə doldurulub, Avropa mallarının sayı isə anidən azalıb. Rusiya bizim zəmanətçimiz deyil, o bizə bir nömrəli təhdiddir. Ermənistan da Rusiyanın müttəfiqi yox, bütün mənalarda əsiridir. Təhlükəsizliklə bağlı ən yaxşı qiymət Aprel müharibəsi idi. Harada idi sizin KTMT? Ölmüşdü? Vətəndaş Bordyuja harada idi? O, yox idi”.(Axar.az)

“Ermənistan Rusiyanın müttəfiqi yox, əsiridir” -Erməni ekspert