ANS Televizyasının və radiosunun yayımının dayandırıldığına səbəb kadrlar olduğu bildirilir.
APA-ya ANS-dən məlumat daxil olub.
Məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.
Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib. Ancaq bu barədə rəsmi açıqlama verilməyib.
Bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb.
ANS-in sözçüsü Mais Məmmədov isə ANS haqda xəbərə görə özünü pis hiss etdiyini, ancaq rəsmi məlumatı olmadığını deyib.
Son məlumata görə, hazırda dövlət qurumlarının əməkdaşları ANS-in yerləşdiyi binadadırlar.
ANS yarandığı günden hemiŞe nala ve mıxa vurub!