İçeriğe geçmek için "Enter"a basın

İstanbul Sultanəhməddə terror hadisəsi

12-01-2016

istanbul
Türkiyənin İstanbul şəhərində güclü partlayış meydana gəlib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış İstanbulun Sultanəhməd meydanında baş verib.
İlkin məlumatlara görə, çoxlu sayda ölənlər və yaralananlar var.Partlayışa bir qrup turistin içərisinə daxil olan “canlı bomba”nın səbəb olduğu iddia edilir.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcilli tibbi yardım maşlınları göndərilib.
Yerli saatla 12.20 radələrində meydana gələn partlayışda 10 nəfərin öldüyü barədə məlumat verilib. Hadisə zamanı 15 nəfərın yaralandığı bildirilir. Ölənlərin arasında alman turistlərin də olduğu barədə məlumatlar var.
İkinci “canlı bomba”nın da ola biləcəyi ehtmalı nəzərə alınaraq, Sultanəhməd meydanına bomba mütəxəssisləri göndərilib.
Partlayış xəbərini alan polislər hadisə yerinə gedərkən avtomobil qəzasına uğrayıblar. İlkin məlumatlara görə, polislər müxtəlif xəsarətlər alıblar. Təhlükəsizlik qüvvələrinə ilkin yardım ətrafdakı vətəndaşlar tərəfindən edilib.
Son məlumata görə hadisə yerində çəkiliş aparılması qadağan olunub. Polislər meydanı boşaltmağa çalışır. Vətəndaşlar hadisə yerindən uzaqlaşdırılır.
Cəsədlər parça-parça meydana səpələnib. Görtüntülər əldə etməyə icazə verilmir.
Bu gün Türkiyədəki terror hücumu dünya gündəminin əsas mövzusuna çevrilib.
Amerikanın Türkiyədəki səfiri Con Bass “twitter” hesabından verdiyi mesajda Sultanəhməd meydanında baş verən terror hadisəsini yaxından izlədiyini bildirib. Səfir həmçinin partlayışdan zərər görənlərin yanında olduğunu da qeyd edib
istanbull
Azadliq.az

İstanbul Sultanəhməddə terror hadisəsi