İçeriğe geçmek için "Enter"a basın

Vahid Mustafayev hamilə qadını həbs etdirib

09-09-2017


[r32]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Əsgərovanın barəsində seçilən polis nəzəratində qətimkan tədbiri dəyişdirilib və 8 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, S.Əsgərova hamilədir.

Xatırladaq ki, S.Əsgərova ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin saat şəbəkəsi olan “VMF”dən 34 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Vahid Mustafayev hamilə qadını həbs etdirib