İçeriğe geçmek için "Enter"a basın

DTX-dan ikinci əməliyyat – Şantajçı baş redaktor həbs edildi

06-12-2016

gun
r[32]
Bu gün axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) “Azərbaycan” nəşriyyatında daha bir əməliyyat keçirib.

Strateq.az xəbər verir ki, əməliyyat zamanı “Azərbaycan” nəşriyyatının 8-ci mərtəbəsində fəaliyyət göstərən “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev DTX əməkdaşları tərəfindən qandallanıb.

Hələlik hər hansı rəsmi açıqlama verilməsə də, ilkin ehtimallara görə, Habil Vəliyevin həbsi bir neçə gün əvvəl DTX-nın jurnalist adı altında vətəndaşlardan şantaj və təhdidlə pul tələb edən dəstənin zərərsizləşdirilməsi üçün başlatdığı əməliyyatın davamıdır.

Xatırladaq ki, bu gün həbs edilən Habil Vəliyevlə bir neçə gün əvvəl həbs edilən“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev arasında “birgə əməkdaşlıq”dan əlavə, həm də kirvəlik münasibətləri var.

Onu da xatırladaq ki, Habil Vəliyevin rəhbərlik etdiyi qəzetin adı Azərbaycan Mətbuat Şurasının “qara siyahısı”nda olub. Hətta “reket baş redaktor”un buna etiraz olaraq, Mətbuat Şurasının iclas salonuna belində silahla girib, təhdid yağdırdığı haqda da o vaxt xəbərlər yayılmışdı. Çox maraqlı idi ki, onunla bağlı şoxsaylı şikayətlərin olmasına baxmayaraq, barəsində bu günədək hər hansı tədbir görülmürdü.

Ləğv edilən MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından qısa müddət sonra isəiqtidara yaxın media orqanlarında Habil Vəliyevlə yanaşı, bir neçə gün əvvəl insanların intim görüntülərini gizlii çəkib, şantaj etmək və digər məsələlərdə ittiham olunaraq həbs olunan “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevlə bağlı sensasiyalı məlumat yayılmışdı. Bildirilirdi ki, bu “reket redaktor”lar MTN-nın həbsdə olan keçmiş generallarının şantaj şəbəkəsində xüsusi yer alıblar…

***

“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyev həbs olunub. Moderator.az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanan H.Vəliyev vətəndaşları və məmurları şantaj etməkdə təqsirləndirilir. Təsdiqlənməmiş məlumata görə, H.Vəliyevi Dövlət Təhlükəsizlik Xidməti (DTX) saxlayıb.

Xatırladaq ki, keçmiş MTN-nlə əlbir olub rekertçiliklə məşğul olan mətbuat orqanları arasında “Gündəlik Bakı” qəetinin də adı hallanırdı.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən bir neçə şəxs də rekertçilikdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb ediliblər. İstisna deyil ki, H.Vəliyevin həbsi sözügedən əməliyyatın davamıdır.
Azadlıq.az

DTX-dan ikinci əməliyyat – Şantajçı baş redaktor həbs edildi