İçeriğe geçmek için "Enter"a basın

“Samir Şərifovun təklifini eşidəndə xəcalət çəkdim…” – Komitə sədri Arif Rəhimzadə

02-12-2016

arif
“Samir Şərifovun yerli icra hakimiyyəti orqanlarına dotasiyanın kəsilməsi və öz hesabına büdcəsini formlaşdırlması barədə təklifini eşidəndə xəcalət çəkdim”.

Gununsesi.info xəbər verir ki, bunu Mili Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitələrinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, rayonlarıa dotasiya ayrılmaması və büdcələrini öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil və bunun ziddinədir.

“Niyə görə belə olub? Belə bir qərar verməzdən öncə müəyyənləşdiriləydi ki, rayonlar bu büdcəni hansı mənbələr hesabına formalaşdıracaq?! Yoxsa, avtomatik götürüb bunu 33 rayona tətbiq etmək düz deyil. Get, özünü maliyyələşdir, bu nə deməkdir?”– deyə, komitə sədri vurğulayıb.

Komitə sədri hesab edir ki, bu metodun seçilməsi düzgün deyil və strateji xəttə ziddir. “Biz çalışmalıyıq ki, yerdə həll olunası məsələnin yerində həll olunmasına nail olaq. Hər şeyi mərkəzə gətirmək düz deyil. Məgər yerdəkilərin ağlı və səviyyəsimi çatmır? Yoxsa, səhlənkarlıq edirlər?

Səhlənkarlıq edirlərsə, onlardan tələb etməliyik. Bacarmırlarsa, işdən çıxarılsınlar. Daha yaxşı bacaranları ora qoymaq lazımdır”– deyə, A. Rəhimzadə bildirib.
Azadlıq.az

“Samir Şərifovun təklifini eşidəndə xəcalət çəkdim…” – Komitə sədri Arif Rəhimzadə