İçeriğe geçmek için "Enter"a basın

Yaşayış minimumu 14% və ya 19 manat artırılır

01-12-2016

meclis
[r32]
Gələn il üçün yaşayış minimumu 14% və ya 19 manat artırılır.

“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
“2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.
Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.
Qeyd edək ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.
Azadlıq.az

Yaşayış minimumu 14% və ya 19 manat artırılır