İçeriğe geçmek için "Enter"a basın

Baş Polis İdarəsindən Bakıdakı mitinqlə bağlı – Açıqlama

11-09-2016

bakipolisBakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.

Azadliq.az Qafqazinfo.az-a istinadən xəbər verir ki:

“Sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”.

Baş Polis İdarəsindən Bakıdakı mitinqlə bağlı – Açıqlama