İçeriğe geçmek için "Enter"a basın

“Məğlubiyyətə çox üzülmədim”

14-12-2014

qurbanqurbanovmeglubiye“Məğlubiyyətə çox üzülmədim” – Bu sözlərin sahibi Qarabağ-ın baş məşqcisi Qurban Qurbanov-dur.

“Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu”.

Bizimyol.info-nun PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 16-cı turunun bugünkü oyunundan sonra deyib.

“Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq” – deyə Qurban Qurbanov bildirdi.

“Məğlubiyyətə çox üzülmədim”