“Məğlubiyyətə çox üzülmədim” – Bu sözlərin sahibi Qarabağ-ın baş məşqcisi Qurban Qurbanov-dur.
“Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu”.
Bizimyol.info-nun PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 16-cı turunun bugünkü oyunundan sonra deyib.
“Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq” – deyə Qurban Qurbanov bildirdi.