İçeriğe geçmek için "Enter"a basın

Yerevanda qiyamçılar təslim oldu

01-08-2016

qiyamciYerevanda polis binasını zəbt eləmiş silahlı qrupun üzvləri silahı yerə qoyaraq təslim olub.

Məlumatı Ermənistanın milli təhlükəsizlik xidməti yayıb.

AzadlıqRadiosunun erməni xidməti 20 nəfərin həbs olunduğunu və polis binasının yerləşdiyi ərazinin tam azad edildiyini xəbər verir.

Qrupun lideri Varujan Avetisyan bundan əvvəl 1in.am saytına müsahibəsində təslim olmaq qərarına gəldiklərini demişdi.

O bunun səbəbini qan tökülməsi və mövcud rejimə heç bir aidiyyatı olmayan hüquq-mühavizə qüvvələri arasında itkidən qaçmaqla izah edib.

Avetisyan qeyd edib ki, “Sasna Tsrer” qrupu camaatı hərəkətə gətirə bildiyindən, missiyanı başa çatmış hesab edir.

Avetisyan deyib ki, onlar hərbi əsir olmaq və mübarizəni həbsxanalarda davam etdirmək qərarına gəliblər.

Qeyd edək ki, hazırda həbsdə olan “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyan bundan əvvəl bildirimişdi ki, silahı yerə qoymaq üçün “Sasna Tsrer” qrupu ilə dil tapa bilər.

Qrupun bir sıra silahlı üzvləri iyulun 17-də Erebunidəki polis binasını zəbt etmişdilər.

Onlar prezident Serzh Sarkisianın istefası və “Təsis parlamenti” hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.

Yaraqlılar binanı zəbt edərkən 1 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.

Sonradan onlar bütün girovları azad ediblər.

Həmin gündən bu yana binanın ətrafında etiraz aksiyaları keçirilirdi.

Polislə aksiyaçılar arasında baş verən toqquşmalarda 50-dən çox adam xəsarət alıb, müxtəlif vaxtlarda ümumilikdə 100-dən çox adamsa saxlanıb.

Yerevanda qiyamçılar təslim oldu