Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Gömrük Xidmətinin rəisi Andrey Belyaninova və onun əvvəllər məsləhətçisi olmuş, “Arsenal” şirkətlər qrupunun sahibi Sergey Lobanova məxsus evlərdə axtarış aparıblar.
Azadlıq.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, axtarışlar zamanı ayaqqabı qutularında külli miqdarda dollar və qədim şəkillər aşkarlanıb.
Qeyd olunur ki, axtarış əməliyyatı Rusiyada elit spirt qaçaqmalçılığında təqsirləndirilən “Forum” holdinqinin rəhbəri Dmitri Mixalçenkonun istintaq işi ilə əlaqələndirilir.