Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib.
Azadliq.az-ın məlumatına görə, bu haqda 4 saat 40 dəqiqə davam edən iclas sonrası ölkə prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan media mənsubları qarşısına keçərək, iclasda alınan qərarlar barədə açıqlamalar verib. Fövqəladə vəziyyətin elan edilməsi iyulun 20-də Təhlükəsizlik Şurasının iclasda qərara alınıb.
Ərdoğan vurğulayıb ki, belə bir qərarın verilməsi qətiyyən demokratiya, hüquq və azadlıqlara qarşı deyil, əksinə bu dəyərləri qorumağa, yüksəltməyə və inkişaf etdirməyə yönəldilib.