İçeriğe geçmek için "Enter"a basın

ANS-lə BAĞLI RƏSMİ QƏRAR AÇIQLANDI! – Vahid Mustafayev və Mirşahinin izahatları alınıb

19-07-2016

an
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

MTRŞ-dan verilən məlumata görə, bu barədə qərar MTRŞ-nin dünən keçirilən iclasında qəbul olunub. Eyni zamanda, iclasda 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

Bu arada Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in lisenziyasının ləğvi üçün məhkəməyə müraciət edib. APA-nın xəbərinə görə, MTRŞ tərəfindən “ANS Müstəqil Yayım və Media” Şirkətinin 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığının (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmə iddiası hazırlanıb.

İddia baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
mir
Onu da qeyd edək ki, dünən gecə ANS teleşirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İdarəsində ifadə vermələri üçün saxlanılıblar.
Onlar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat veriblər və daha sonra sərbəst buraxılıblar.
Ondan əvvəl isə Baş Prokurorluğun və DİN-in Səbail Rayon Polis İdarəsinin əməkdaşları teleşirkətin binasını möhürləyiblər.
Ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.
Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.

Qeyd edək ki, dünən ANS TV-nin ABŞ-dakı müxbiri Qənirə Ataşova Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons vermişdi. Onu da qeyd edək ki, Q.Ataşova dünyanın müxtəlif KİV-lərinin nümayəndələri ilə birlikdə F.Gülənin mətbuat konfransında iştirak edib.

ANS-lə BAĞLI RƏSMİ QƏRAR AÇIQLANDI! – Vahid Mustafayev və Mirşahinin izahatları alınıb