Hazırda Türkiyənin Baş naziri Binəli Yıldırım canlı yayımla çıxış edir.
“Qafqazinfo” xəbər verir ki, Baş nazirin çıxışını TRT Haber canlı yayımlayır. Yıldırım çevriliş zamanı həlak olanların ailələrinə baş sağlığı verib.
O bildirib ki, paralel təşkilat nümayəndələri artıq hökumətin əlindədir və onlar layiq olduğu cəzanı alacaqlar. Nazir onu da qeyd edib ki, dövlətin silahı ilə xalqa hücum edənlər PKK terror təşkilatından da aşağı səviyyədədir.
B. Yıldırım həmçinin 2839 müxtəlif rütbəli hərbçinin həbs olunduğunu əlavə edib.
Yıldırım xalqa səslənməyi də unutmayıb. O, vətəndaşlara müraciət edərək onları bayraqlarla meydana dəvət edib.
***
Baş nazir 161 şəhidin olduğunu,1440 nəfərin yaralandığını qeyd edib.
TURKIYA BASHIN SAQ OLSUN.SHEHIDLERE ALLAH REHMET ETSIN. BUTUN TURK XALQINA DOVLETCILIYIN QORUNMASI UCUN ELLERINDEN GELENI ESIRGEMEMEYI ARZU EDIREM.ERDOGANA VE BUTUN TURKIYENIN BUTOBLUYU UQRUNDA MUBARIZE APARAN TURK QARDASHLARIMA ALLAH YARDIMCI OLSUN.SIZINLE FEXR EDIRIK QARDASHLARIM.