İçeriğe geçmek için "Enter"a basın

Türkiyə Böyük Millət Məclisinə havadan bomba atıldı

16-07-2016

meclisbombaFOX TV-nin məlumatına görə Türkiyə Böyük Millət Məclisinin ətrafında hərbi uçaqlar atəş açmağa başlayıb. TV-nin hadisə yerindəki əməkdaşı xəbər verir ki, BMM və onun ətrafındakı strateji binalar atəşə tutulub, bomba səsləri eşidilib və hadisə yerinə ambulanslar gəlib. TBMM-nin bütün işıqları söndürülüb. Bəzi millət vəkilləri və bir neçə polis yaralanıb.

Ətrafda böyük partlayış səsləri eşidilib.
Son xəbərdə isə bildirilir ki, Xarici İşlər Nazirliyi atəşə tutulur.

Baş nazir Binali Yıldırım NTV-yə təkrar açıqlamasında deyib ki, havadan vətəndaşa atəş açanlara çavab veriləcək.

Türkiyə Böyük Millət Məclisinə havadan bomba atıldı