İçeriğe geçmek için "Enter"a basın

Dağlıq Qarabağ Azərbaycanın torpağıdır – Türkiyənin baş naziri Binəli Yıldırım

16-07-2016

bin
Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var

Ermənilər nə edirlər etsinlər, Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. “Report” “Haberturk”e istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada mətbuat nümayəndələri ilə görüşdə bildirib.

“Heç kimin keçmişi tər-təmiz deyil. İraq işğal olunandan 10 il sonra “bağışlayın biz səhv işğal etdik” deməklə ölən 1 milyon şəxsin hesabı necə veriləcək? Ermənilər nə edirsə etsin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın torpaqları olması həqiqətini dəyişdirə bilməz. Oranın hər qarış torpağında Azərbaycanlıların izi, mədəniyyəti var”.
Baş nazir qaçqınların və məcburi köçkünlərin yaxın zamanda yurd-yuvalarına dönməsinin vacibliyini vurğulayıb: “Azərbaycanın dostu dostumuz, düşmanı düşmanımızdır. İllərdir ki bu işğalın haqsız olduğunu, qaçqınların və məcburi köçkünlərin tez bir zamanda öz yurdlarına dönməsinin vacibliyini vurğulamışıq. Bundan sonra da bu vurğulamağa davam edəcəyik.
Azadlıq.az

Dağlıq Qarabağ Azərbaycanın torpağıdır – Türkiyənin baş naziri Binəli Yıldırım